Wildberries şirkəti Ryazanda yerləşən logistika obyektindən əməkdaşların təxliyəsini həyata keçirib

13:12, 29.07.2026

Wildberries şirkəti Ryazanda yerləşən logistika obyektindən əməkdaşların təxliyəsini həyata keçirib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Ryazanda yerləşən Wildberries logistika obyektinin əməkdaşlarının təxliyəsi təhlükəsizlik tələblərinə uyğun olaraq həyata keçirilib. Bu, Ryazan vilayətinin qubernatoru Pavel Malkovun bölgədə pilotsuz uçuş aparatlarının kütləvi hücumunun qarşısının alındığını açıqlamasından sonra baş verib.

Hava həyəcanı elan edilmişdi.

Bununla yanaşı, Ukrayna mediasının məlumatına görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Hücumlar nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib.

Oxşar