“Washington Post” – Trampın administrasiyası ölkəyə daxil olmaq üçün bütün xarici turistlərdən son beş ilin sosial media tarixçəsini təqdim etmələrini tələb etməyi planlaşdırır

13:31, 10.12.2025

 

Donald Trampın administrasiyası ölkəyə daxil olmaq üçün bütün xarici turistlərdən son beş il ərzində istifadə olunmuş sosial media tarixçəsini təqdim etmələrini tələb etməyi planlaşdırır – bu haqda “Washington Post” yazır.

Nəşrin xəbər verdiyi kimi, bu, ölkəyə daxil olmaq üçün vizaya ehtiyac olub-olmamasından asılı olmayaraq, ABŞ-a ilk dəfə səfər edənlər üçün məcburi olacaq.

“Washington Post” qeyd edir ki, Böyük Britaniya və Almaniya vətəndaşlarının ABŞ-a daxil olmaq üçün vizaya ehtiyacı olmayan ölkələr arasındadır, yeni qayda isə bu ölkələrdən ABŞ-a səyahət etmək istəyənlər üçün əlavə maneə yarada bilər.

Oxşar