"Washington Post" - Tramp və Zelenski arasında planlaşdırılan görüşdən sonra Amerika Birləşmiş Ştatlarının Putin, Zelenski və Trampın üçtərəfli görüşünə dair gözləntisi yoxdur
"Washington Post" - Tramp və Zelenski arasında planlaşdırılan görüşdən sonra Amerika Birləşmiş Ştatlarının Putin, Zelenski və Trampın üçtərəfli görüşünə dair gözləntisi yoxdur

 

Tramp və Zelenski arasında planlaşdırılan görüşdən sonra Amerika Birləşmiş Ştatlarının Putin, Zelenski və Trampın üçtərəfli görüşünə dair gözləntisi yoxdur – bu barədə “Washington Post” anonim mənbəyə istinadən yazır.

Mənbə bildirib ki, Amerika Birləşmiş Ştatları Tramp, Putin və Zelenski arasında üçtərəfli görüşün bu həftə keçiriləcəyinə ümid edir, lakin “bu gün planlaşdırılan görüşün bu nəticəni verəcəyinə” dair gözləntisi yoxdur.

Xatırladaq ki, Vaşinqtonda bu gün yerli vaxtla saat 13:15-də Donald Tramp və Volodimir Zelenskinin görüşü keçiriləcək. Görüşdən bir neçə saat əvvəl ABŞ Prezidenti bildirib ki, Zelenski Rusiya ilə müharibəni dərhal dayandıra və ya mübarizəni davam etdirə bilər.