"Washington Post" - Putin Xerson və Zaporojienin Rusiya ordusu tərəfindən zəbt edilmiş rayonlarını Ukraynaya qaytarmağa hazır deyil
"Washington Post" - Putin Xerson və Zaporojienin Rusiya ordusu tərəfindən zəbt edilmiş rayonlarını Ukraynaya qaytarmağa hazır deyil

 

Rusiya Prezidenti Xerson və Zaporojienin Rusiya ordusunun nəzarətində olan hissələrini Ukraynaya qaytarmağa hazır deyil – bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Vladimer Putinin danışıqlarının məzmunu ilə tanış mənbə “Washington Post”a deyib.

“Washington Post” yazır ki, avqustun 6-da Uitkofla görüş zamanı Putin atəşkəs və mövcud cəbhə xəttində münaqişənin dondurulması müqabilində, Kiyevdən Donbasdan imtina etməsini tələb edib.

Nəşrin məlumatına əsasən, bundan sonra Donald Tramp Volodimir Zelenski və bir sıra avropalı liderlər ilə danışıb, bəzi iştirakçılarda belə təəssürat yaranıb ki, Vladimer Putin Xerson və Zaporojie vilayətləri ilə əlaqədar iddialarından imtina edib.

“Washington Post”un məlumatına əsasən, Amerika tərəfi həmçinin Putinin təklifini Rusiyanın Zaporojie və Xerson vilayətlərindən qoşunlarını çıxarmağa hazır olması kimi başa düşüb, lakin Kreml zəbt edilmiş ərazilərdən imtina etməyə hazır deyil.

“Axios”un xəbər verdiyi kimi, daha sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof avropalı liderlərə aydınlıq gətirib ki, Vladimer Putin yalnız Zaporojie və Xersonda cəbhə xəttində münaqişəni dondurmağa hazırdır.