‘Washington Post’ – Pentaqon Ukraynaya nəzərdə tutulan silahların bir hissəsini Yaxın Şərqə yönəltməyi müzakirə edir, çünki İranla münaqişədə ABŞ-ın ən kritik hərbi ehtiyatları tükənmək üzrədir
Pentaqon Ukraynaya nəzərdə tutulan silahların bir hissəsini Yaxın Şərqə yönəltməyi müzakirə edir, çünki İranla münaqişədə ABŞ-ın ən kritik hərbi ehtiyatları tükənmək üzrədir. Bu barədə məlumatı ‘Washington Post’ mənbələrə istinadən yayıb.
Mənbələr jurnalistlərə izah ediblər ki, söhbət hava hücumundan müdafiə raket sistemlərindən gedir, hansı ki NATO təşəbbüsü çərçivəsində Ukraynaya alınmışdı.
Pentaqon nümayəndəsi ‘Washington Post’a bildirib ki, Müdafiə Departamenti təmin edir ki, ‘ABŞ qüvvələri və alyans tərəfləri döyüş və qələbə üçün lazım olan hər şeyə malik olsunlar’.