“Washington Post” – Pentaqon Ağ Evdən İrana qarşı müharibənin maliyyələşdirilməsi üçün 200 milyard dollardan çox vəsait ayrılmasını istəyib
“Washington Post”un məlumatına görə, Pentaqon Ağ Evdən İrana qarşı müharibənin maliyyələşdirilməsi üçün 200 milyard dollardan çox vəsait ayrılmasını istəyib.
Nəşrin yazdığına görə, Pentaqon son iki həftə ərzində bir neçə fərqli maliyyələşdirmə variantını müzakirə edib və bu variant, “Washington Post”a əsasən, Konqresdə ciddi qarşıdurmaya səbəb ola bilər.
“BBC”nin yazdığına görə, bu vəsait müharibədə istifadə olunan sursat və silah ehtiyatlarının təcili şəkildə bərpası üçün nəzərdə tutulub. Rəsmi məlumatlar hələ açıqlanmayıb, lakin müxtəlif informasiya agentliklərinin məlumatına görə, ABŞ İrana hücumun ilk həftəsində 11 milyard dollardan çox vəsait xərcləyib.
Qeyd edək ki, dekabr ayında Konqres bu il üçün müdafiə xərclərinə rekord həcmdə – 901 milyard dollar ayırıb. Donald Trampın sözlərinə görə isə, 2027-ci ilə qədər müdafiə büdcəsi 1,5 trilyon dollara çatmalıdır.