“Washington Post” xəbər verir ki, Rusiya Yaxın Şərqdə ABŞ-ın hərbi obyektlərinə zərbələr üçün məlumatları İrana ötürür.
“Washington Post” xəbər verir ki, Rusiya Yaxın Şərqdə ABŞ-ın hərbi obyektlərinə zərbələr üçün məlumatları İrana ötürür.

Rusiya İrana Yaxın Şərqdə ABŞ-ın hərbi obyektlərinə zərbələr üçün məlumatları ötürür. Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən xəbər yayıb.

Məqalədə bildirilir ki, Rusiyanın İrana verdiyi məlumatlara ABŞ gəmiləri və təyyarələrinin yerləşdiyi mövqelər daxildir.

Rusiyanın İranı dəstəkləməsinin tam miqyası hələ məlum deyil, lakin “The Washington Post” mənbəsi iki ölkənin əməkdaşlığını “çox genişmiqyaslı” adlandırıb.

Qeyd olunur ki, ABŞ və İsrailin hərbi əməliyyatların ilk günlərində həyata keçirdiyi zərbələr nəticəsində İranın müstəqil kəşfiyyat məlumatları əldə etmək imkanları məhdudlaşıb. Bununla belə, Rusiyanın müvafiq resursları, o cümlədən peyk sistemləri mövcuddur.

“Ruslar bizim Ukraynalılara göstərdiyimiz yardımdan xəbərdardırlar. Düşünürəm ki, onları sevindirir ki, nəyinsə müqabilində bir növ ödəmə edə bildilər”, – deyə “The Washington Post” mənbəsi bildirib.

ABŞ Müdafiə Nazirliyi isə bu xəbərə hələ rəsmi şərh verməyib.