“Washington Post” – İlon Mask Donald Trampa ticarət rüsumlarının ləğv edilməsi tələbi ilə müraciət edib

12:55, 08.04.2025

 

Amerikalı milyarder və ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ötən həftə sonu ABŞ Prezidenti Donald Trampa ticarət rüsumlarının ləğv edilməsi tələbi ilə müraciət edib. Bu barədə “Washington Post” nəşri iki mənbəyə istinadən məlumat yayır.

Nəşr, İlon Maskın Trampa müraciətinin hələlik nəticəsiz qaldığı haqda məlumat verir.

Bazar ertəsi Tramp Çini əlavə 50% rüsum tətbiq edəcəyi ilə hədələyib.

Keçən həftənin sonunda Mask sosial şəbəkədə Ağ Evin ticarət məsələləri üzrə müşaviri Piter Navaronu açıq şəkildə tənqid etdiyi bir sıra paylaşımlar edib. Bundan başqa, İtaliyanın hakim koalisiyasına daxil olan ifrat sağçı “Liga” partiyasının qurultayında onlayn formatda çıxışı zamanı İlon Mask ABŞ və Avropa arasında sıfır rüsum çağırışı ilə çıxış edib.

Mask daha əvvəl prezident Trampın avtomobillərə tətbiq etdiyi rüsumların “Tesla”ya ciddi təsir etdiyini bildirmişdi.

Oxşar