“Washington Post” – Donald Tramp və Vladimer Putin arasında telefon danışığı baş tutub, Tramp Putini Ukraynada müharibənin eskalasiyasından çəkinməyə çağırıb
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampla Rusiyanın Prezidenti Vladimer Putin arasında telefon danışığı baş tutub – bu haqda “Washington Post” yazır.
Nəşrin anonim mənbələrə istinadən xəbər verdiyi üzrə, telefon danışığı zamanı Tramp Putini Ukraynada müharibənin eskalasiyasından çəkinməyə çağırıb və Vaşinqtonun Avropada mühüm hərbi gücünün olmasını ona xatırladıb.
Anonim şəxs deyib ki, iki lider Avropa qitəsində sülhə nail olmaq məqsədini müzakirə ediblər, Tramp isə “Ukrayna müharibəsini tezliklə bitirməyi” müzakirə etmək üçün gələcək dialoq istəyini ifadə edib.
Bununla yanaşı, anonim mənbə deyib ki, Ukrayna hökuməti Putinlə söhbət barədə məlumata malik olub və söhbətin aparılmasına müqavimət göstərməyib. Onun verdiyi məlumata əsasən, ukraynalı dövlət xadimləri uzun müddətdir bilirlər ki, Tramp Putinlə Ukraynanın diplomatik həllini nəzərdən keçirirdi.
“Washington Post”un məlumatına əsasən, Tramp şəxsi söhbətlərində Rusiyanın Ukraynada zəbt etdiyi ərazilərin bir hissəsini özündə saxlayacağı razılaşmanı dəstəkləyəcəyini aydın şəkildə bildirib.