“Washington Post” – Avropalı liderlər Moskva və Kiyev atəşkəs razılaşmasına nail olarsa, monitorinq üçün Ukraynaya 30 minə qədər hərbçi göndərilməsi imkanını müzakirə ediblər

12:08, 18.02.2025

 
Avropa İttifaqının liderləri və Böyük Britaniya Moskva ilə Kiyev arasında atəşkəs razılaşması əldə olunarsa, atəşkəs rejiminə nəzarət etmək üçün Ukraynaya 30 minə qədər hərbi qulluqçunun göndərilməsi imkanını müzakirə ediblər – bu haqda Amerika nəşri “The Washington Post” yazır.

Qəzetin mənbələrinin dediyinə görə, Avropa ölkələrindən olan 25-30 minə qədər hərbi qulluqçu Ukraynada yerləşdiriləcək bir neçə briqadada birləşdirilə bilər. Bununla belə, bu fikir o demək deyil ki, sülhməramlılar xüsusi ehtiyac olmadan ön cəbhədə olacaqlar. Qəzetin məlumatına əsasən, əsgərlər yalnız “rus qoşunları müharibəni bərpa etməyə çalışsalar, güc nümayişinə hazır olacaqlar”.

“Washington Post”un məlumatına əsasən, bu ideya hələ müzakirə olunur. Qəzet yazır ki, Ukraynanın avropalı müttəfiqləri hazırda “daha ​​çox narahatlıq yaşayır və ya məhdud hərbi qüvvələrlə bağlı problemlərlə üzləşirlər”. Nəşr konkret olaraq hansı ölkələrdən söz getdiyini qeyd etmir.

Nəşrin yazdığı kimi, eyni zamanda, Avropa ölkələri ABŞ-nin Prezidenti Donald Trampın administrasiyasından Vaşinqtonun müharibəni bitirmək haqda mümkün sazişin imzalanmasından sonra Ukraynaya hansı hərbi yardım göstərəcəyini öyrənməyə çalışırlar.

Oxşar