"Washington Post" - ABŞ Qəzza sektorunun əhalisini "köçürməyi" planlaşdırır
"Washington Post" - ABŞ Qəzza sektorunun əhalisini "köçürməyi" planlaşdırır

 

ABŞ Qəzza sektorunun bütün əhalisini “köçürməyi” planlaşdırır. “Washington Post” nəşrinin xəbər verdiyi üzrə, müharibədən sonrakı Qəzza sektorunun bərpası üçün Tramp Administrasiyası əraziyə nəzarəti, azı on il müddətinə götürməyi planlaşdırır və bu dövr ərzində orada kurort və yüksək texnologiyalı mərkəz yaradacaq.

“Washington Post”un redaksiyasının tanış olduğu 38 səhifəlik planda həmçinin ən azı heç olmazsa müvəqqəti olaraq, iki milyonluq əhalinin köçürülməsindən söz gedir, bu da ya başqa ölkəyə “könüllü” köçürülməni, ya da yenidənqurma dövründə bu insanların təhlükəsiz zonalarda yerləşdirilməsini nəzərdə tutur.

Torpaq sahiblərinə yenidənqurma hüququ müqabilində rəqəmsal tokenlər təklif olunacaq. Bu aktiv başqa yerdə yaşayış üçün istifadə oluna bilər və ya sonradan Qəzza sektorunda süni intellektdən istifadə etməklə layihələndirilmiş və yaradılmış 6–8 “ağıllı şəhər”in mənzilləri ilə dəyişdirilə bilər.

Eyni zamanda, getmək qərarını verəcək hər bir fələstinliyə 5 000 ABŞ dolları ödəyəcəklər və növbəti dörd il ərzində yaşayış üçün kirayə haqqı və bir il ərzində qida ilə təminat üçün vəsait verəcəklər.

Həmçinin, “Washington Post” yazır ki, Qəzza sektorunun yenidən qurulması üçün “Great Trust” fondu yaradılıb, Trampın planına əsasən, bu yenidənqurma prosesini yürüdəcək və o, qismən “Qəzza Humanitar Fondu”nu təsis edən şəxslər tərəfindən yaradılıb.