“Wall Street Journal” – Türkiyə ehtimal ki, Suriyada genişmiqyaslı hərbi əməliyyat hazırlayır

13:41, 17.12.2024

 
Türkiyə ehtimal ki, Suriyada genişmiqyaslı hərbi əməliyyat hazırlayır – bu haqda “Wall Street Journal” yazır.

Amerika nəşri ölkə hökumətinin nümayəndəsinə istinadən yazır ki, Türkiyə və onun müttəfiqi olan hərbi qruplar Suriya sərhədi yaxınlığında hərbi qüvvələr toplayırlar.

Yayılmış məlumata əsasən, hərbi birləşməyə türk xüsusi təyinatlıları, artilleriya və Kobani şəhəri yaxınlığında cəmləşmiş hökumətyönlü milis döyüşçüləri daxildir.

Vaşinqton ehtiyat edir ki, bu, Suriya kürdlərinin nəzarətində olan ərazilərə genişmiqyaslı hücumun başlanğıcı ola bilər.

ABŞ hökumətinin üzvləri əməliyyatın yaxın günlərdə başlaya biləcəyini ehtimal edirlər.

Oxşar