"Wall Street Journal" – Tramp İrana qarşı "maksimal təzyiq" kampaniyasını dayandırıb
Tramp İrana qarşı “maksimal təzyiq” kampaniyasını dayandırıb – bu barədə Amerikanın “Wall Street Journal” nəşri yazır.
Ağ Evin mətbuat katibi Kerolayn Levit İrana qarşı istənilən yeni sanksiyanın dayandırılması haqda məlumat yayıb.
Nəşrin məlumatına əsasən, yeni siyasət Milli Təhlükəsizlik Şurasının və Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinə, sonra isə Dövlət Departamentinə təqdim olunur.
ABŞ Prezident Administrasiyasında bəyan edirlər ki, istənilən yeni sanksiyalarla bağlı qərarı Ağ Ev və ya müvafiq administrasiyanın qurumları elan edəcəklər. Mayın 21-dən sonra İrana qarşı yeni sanksiyalarla bağlı heç bir məlumat yayılmayıb. Tramp administrasiyasının bəzi rəsmi şəxsləri hesab edirlər ki, bu siyasət sadəcə olaraq nüvə danışıqları kontekstində yeni sanksiyaların hərəkətlərini ləngitmək və diqqətlə nəzərdən keçirmək üçün həyata keçirilir.