"Wall Street Journal" - Səudiyyə Ərəbistanı gərginliyin artması və Bab əl-Məndəb boğazının bağlanmasına görə, ABŞ-dan İranla danışıqları bərpa etməsini xahiş edir
"Wall Street Journal" - Səudiyyə Ərəbistanı gərginliyin artması və Bab əl-Məndəb boğazının bağlanmasına görə, ABŞ-dan İranla danışıqları bərpa etməsini xahiş edir

 

“Wall Street Journal”ın məlumatına əsasən, Səudiyyə Ərəbistanı gərginliyin artması və Bab əl-Məndəb boğazının bağlanmasına görə, ABŞ-dan İranla danışıqları bərpa etməsini xahiş edir.

Nəşrin məlumatına əsasən, Səudiyyə Ərəbistanı ABŞ-a İran limanlarının blokadasından imtina etməsi və Tehranla danışıqlara qayıtması üçün təzyiq göstərir.

Nəşrin mənbələri bildiriblər ki, Ər-Riyadda ABŞ-nin dəniz blokadasının İranı gərginliyin artmasına və Bab əl-Məndəb boğazını bağlamasına sövq edə biləcəyindən ehtiyat edirlər.

Məlumat üçün qeyd edək ki, bu, neft ixracı üçün daha bir vacib marşrutdur.

“Wall Street Journal” qeyd edir ki, Səudiyyə Ərəbistanı bu yaxınlarda neft ixracını müharibədən əvvəlki səviyyəyə qədər bərpa edə bilib, bu da xam neftin səhradan keçməklə Qırmızı dənizə qədər daşınması ilə mümkün olub.

Xatırladaq ki, Bab əl-Məndəb boğazı yaxınlığındakı sahilin hissələrindən birinə İranın müttəfiqi olan Yəmənli “Husi”lər nəzarət edirlər və onlar bu marşrutu bloklaya bilərlər.

“Wall Street Journal”ın mənbələrinin sözlərinə əsasən, Səudiyyə Ərəbistanı krallığın gəmilərinə hücum edilməyəcəyinə dair zəmanət alıb. Lakin Ər-Riyad ABŞ-a vəziyyətin hələ də qeyri-sabit olduğuna və İran təzyiqi gücləndirərsə, “Husi”lərin münaqişəyə daha fəal şəkildə qarışa biləcəyinə dair məlumat verib.

Ərəb rəsmi şəxsləri “Husi”lərin Bab əl-Məndəb boğazından keçmək üçün gəmilərə vergi tətbiq etməyə başlaya biləcəklərini deyirlər.