"Wall Street Journal" - Rusiya neft istehsalçıları sanksiyalardan bir addım öndədilər, embarqoya baxmayaraq, Rusiya nefti yenə də ABŞ ərazisinə daxil olur
Rusiya neft istehsalçıları sanksiyalardan bir addım öndədilər, – belə başlıqlı məqaləni “Wall Street Journal” dərc etdirir.
Nəşrin yazdığına görə, embarqoya baxmayaraq, Rusiya nefti yenə də ABŞ ərazisinə daxil olur.
“Wall Street Journal” yazır ki, neft daşıyıcıları və istehsalçıları bazarları Rusiya məhsulları ilə mənşə yerini örtərək təmin edirlər.
Medianın məlumatına görə, qismən Rusiya xam neftindən hazırlandığı güman edilən yanacaq ötən ay Nyu-York və Nyu Cersiyə daxil edilib.
Medianın yazdığına görə, neft ABŞ ərazisinə Süveyş kanalı və Atlantik Okeanı vasitəsilə Rusiya neftinin əsas alıcıları olan Hindistan neftayırma zavodlarından daxil oldu.
Nəşr yazır ki, Rusiyada hasil edilən neft Aralıq və Qara dənizlərdə, eləcə də Qərbi Afrika sahillərində gəmilərə vurulur, sonra isə dəyişdirilmiş mənşəyi göstərilməklə təkcə Çin və Hindistana deyil, eləcə də Avropa ölkələrinə çatdırılır.