"Wall Street Journal" - İran, prezident Tramp tərəfindən "bütün sivilizasiyanı" məhv etmək təhdidinə görə ABŞ ilə birbaşa əlaqəni kəsib
"Wall Street Journal" - İran, prezident Tramp tərəfindən "bütün sivilizasiyanı" məhv etmək təhdidinə görə ABŞ ilə birbaşa əlaqəni kəsib

 

İran, prezident Tramp tərəfindən İranın “bütün sivilizasiyasını” məhv etmək təhdidinə görə ABŞ ilə birbaşa əlaqəni kəsib – bu haqda “Wall Street Journal” məlumat yayır.

Yaxın Şərqin rəsmi şəxslərindən biri nəşrə bildirib ki, bu addım Tehranın narazılığını göstərmək məqsədi daşıyır.

Amerika nəşrinin məlumatına əsasən, birbaşa əlaqənin kəsilməsinə baxmayaraq, vasitəçilərlə atəşkəs barədə danışıqlar davam edir.

Rəsmi şəxslər bildiriblər ki, bu addım Trampın müəyyən etdiyi son tarixə qədər razılaşmanın əldə olunması cəhdlərini müvəqqəti olaraq çətinləşdirib, lakin danışıqlar dayandırılmayıb.

Ağ Ev nəşrin şərh istəyinə cavab verməyib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb: “Bu gecə bütün sivilizasiya həlak olacaq və heç vaxt geri qayıtmayacaq, bunun baş verməsini istəmirəm, lakin yəqin ki, baş verəcək”.