"Wall Street Journal" - "F-15" tipli üç Amerika qırıcı təyyarəsini bir Küveytli pilot vurub
"Wall Street Journal" - "F-15" tipli üç Amerika qırıcı təyyarəsini bir Küveytli pilot vurub

 

Martın 2-də üç Amerika “F-15” tipli qırıcı təyyarəsini Küveyt Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 tipli qırıcının pilotu vurub.

Bu haqda Amerika nəşri “Wall Street Journal” yazır.

“Wall Street Journal”ın məlumatına əsasən, pilot Amerika təyyarələrinə doğru üç raket atıb və hər üçünü vurub.

Altı heyət üzvü katapult etməyi bacarıb və onların sağlamlıqları təhlükə altında deyil.

Hadisə bir neçə İran dronunun Küveytin hava hücumundan müdafiə sistemini yardıqdan sonra baş verib. Bir dron Küveyt limanında yerləşən müvəqqəti əməliyyat mərkəzinə dəyib.

Nəticədə amerikalı hərbçiləri həlak olub.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığında hadisəni şərh etməyiblər və istintaq aparıldığını bildiriblər.