"Wall Street Journal" - Donald Tramp İrana zərbə endirmək planını təsdiqləyib, lakin hələ sərəncam verməyib
ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək planını təsdiqləyib, hələlik İrana zərbə endirmək haqda sərəncam verməyib, lakin belə plan artıq təsdiq olunub – bu barədə “Wall Street Journal”ın materialında deyilir.
Nəşrin danışdığı anonim mənbələrin məlumatına əsasən, hücum edilməsi halında, əsas hədəf Fordonun uranın zənginləşdirilməsi zavodu olacaq, hərbi ekspertlərin ehtimalına görə, bu zavod dağlarda torpağın altında o qədər dərinlikdə yerləşir ki, bombaların əksəriyyəti üçün ona çatmaq çətindir, “GBU-57A” tipli ən güclü bomba istisna olmaqla və onun yeganə daşıyıcısı ABŞ Silahlı Qüvvələrinin mülkiyyətində olan “B-2 Spirit” qırıcı təyyarəsidir.
“Ağ Evdə hələ də İranın yaxın gələcəkdə nüvə proqramından əl çəkəcəyini gözləyirlər” – nəşrin materialında deyilir.
Bununla yanaşı, “Axios” mənbələrə istinadən yazır ki, hərbi əməliyyata başlamazdan əvvəl Donald Tramp həmçinin ABŞ arsenalındakı anti-bunker bombalarının həqiqətən də bu zavodu məhv edə biləcəyinə dair hərbi zəmanətlər almaq istəyir. Onların məlumatına əsasən, prezident nöqtəvi zərbələr endirmək istəyir və uzun sürən müharibəyə qoşulmaq istəmir.
“Bloomberg” nəşrinin məlumatına görə isə amerikalı yüksək rütbəli məmurlar yaxın günlərdə İrana hücum gözləyirlər.