“Wall Street Journal” – Cey Di Vens müharibəni bitirmək üçün İran nümayəndəsi ilə üz-üzə danışıqlar aparmağı planlaşdırır
ABŞ-nin vitse-prezidenti Cey Di Vens müharibəni bitirmək üçün İran nümayəndəsi ilə üz-üzə danışıqlar aparmağı planlaşdırır. Bu barədə “Wall Street Journal” məlumat yayır.
Nəşrə əsasən, ABŞ və Yaxın Şərq rəsmiləri və danışıqlarla bağlı şəxslər bildirirlər ki, vitse-prezident Vens İranla əsas danışıqlar aparan şəxsə çevrildiyi üçün İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi ilə üz-üzə danışıqlar imkanını nəzərdən keçirir.
ABŞ və Yaxın Şərq rəsmiləri, son günlər prezident Trampın ən yaxın köməkçilərinə və həmkarlarına Vensin İranla danışıqları bərpa etməsinə razı olduğunu dediyini bildirirlər. Tramp Vensə danışıqları aparmaq səlahiyyəti də verib.
Bununla yanaşı, amerikalı rəsmi şəxslər qeyd edirlər ki, Vensin İran nümayəndələri ilə birbaşa görüşə göndərilməsi məsələsi hələlik yalnız ilkin müzakirə mərhələsindədir.