"Wall Street Journal" - Avropa İttifaqı hesab edir ki, Tramp Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün qeyri-real tələblər irəli sürür
"Wall Street Journal" - Avropa İttifaqı hesab edir ki, Tramp Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün qeyri-real tələblər irəli sürür

 

Avropa İttifaqı hesab edir ki, Tramp Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün qeyri-real tələblər irəli sürür. Bu haqda “Wall Street Journal” yazır.

Nəşrin xəbər verdiyi kimi, avropalı diplomatlar iddia edirlər ki, ABŞ Prezidenti Donald Tramp sanksiyaların tətbiq edilməsindən yayınmaq üçün Rusiyaya qarşı sanksiyalarla bağlı Avropa İttifaqına qəsdən qeyri-real tələblər irəli sürüb.

Tramp bildirib ki, bütün NATO ölkələri bunu etsə və rus neftini almağı dayandırarlarsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır.

Nəşrin qeyd etdiyi kimi, Avropa İttifaqı hazırda ABŞ Prezidentinin çağırışına cavab tapmağa çalışır.

Eyni zamanda, avropalı diplomatlar deyirlər ki, Tramp bu tələbləri irəli sürdü, çünki bilirdi ki, Avropa İttifaqı onları yerinə yetirə bilməyəcək, bu isə ona imkan verirdi ki, Rusiyaya qarşı əlavə iqtisadi təzyiqdən yayınsın.