"Wall Street Journal" - ABŞ Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın enerji infrastrukturuna zərbələr endirmək üçün kəşfiyyat məlumatları verəcək
ABŞ Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın enerji infrastrukturuna zərbələr endirmək üçün kəşfiyyat məlumatları verəcək – “Wall Street Journal” bu barədə məlumatı yüksək rütbəli amerikalı rəsmilərə istinadən yayır.
Mənbələr nəşrə bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə Rusiyanın ərazisinə zərbələr endirməkdə kömək etmək üçün Pentaqona icazə verib.
Yüksək rütbəli amerikalı rəsmilər, Tramp Administrasiyasının ilk dəfə Ukraynaya Rusiyanın dərinliklərində yerləşən enerji obyektlərinə raket zərbələri endirməkdə kömək edəcəyini bildiriblər.
“Wall Street Journal”ın yazdığı kimi, kəşfiyyat məlumatlarının verilməsi o deməkdir ki, Ukrayna neft emalı zavodlarına, boru kəmərlərinə, elektrik stansiyalarına və onun sərhədlərindən uzaqda yerləşən digər infrastrukturlara daha effektiv şəkildə hücum edə biləcək.
Bununla yanaşı, nəşr qeyd edir ki, ABŞ “Tomahawk” və “Barracuda” tipli raketlərin tədarük edilməsi imkanlarını da nəzərdən keçirir.