“Wall Street Journal” – ABŞ Prezidenti Ukrayna Prezidentinin Alyaskada olmasının danışıqlara maneə ola biləcəyindən ehtiyat edirdi

11:49, 14.08.2025
FILE PHOTO: U.S. President Donald Trump and Russia's President Vladimir Putin talk during the family photo session at the APEC Summit in Danang, Vietnam November 11, 2017. REUTERS/Jorge Silva/File Photo - RC1287F1C9B0

FILE PHOTO: U.S. President Donald Trump and Russia's President Vladimir Putin talk during the family photo session at the APEC Summit in Danang, Vietnam November 11, 2017. REUTERS/Jorge Silva/File Photo - RC1287F1C9B0

 

ABŞ Prezidenti Ukrayna Prezidentinin Alyaskada olmasının Vladimer Putinlə danışıqlara maneə ola biləcəyindən ehtiyat edirdi – bu barədə “Wall Street Journal” yazır.

Mənbələrin dedikləri kimi, avropalı rəsmilər Volodimir Zelenskinin Alyaskada olmasını birbaşa tələb edirdilər, lakin Almaniyanın kansleri Fridrix Mertslə Donald Tramp arasında söhbətdən sonra avropalılar bu tələbi rədd ediblər və Volodimir Zelenskini açıq şəkildə Vladimer Putinlə istənilən danışıqlarda iştirak etməyə çağırıblar.

“Wall Street Journal” yazır ki, Tramp Zelenskinin Alyaskada olması ilə bağlı narahatlığını ifadə edib, çünki onun fikrincə, bu danışıqları poza bilərdi.

“Tramp başa düşmür ki, Putin insan itkilərinə qarşı empatiya hiss etmir. Tramp müharibəni dayandırmaq və Nobel Sülh Mükafatını almaq istəyərkən, Putin öz irsini Böyük Vladimer adı ilə qoruyub saxlamaq üçün maksimum hədəflərə çatmaq istəyir və kütləvi qətllərdə iştirak etməyə hazırdır” –Donald Trampa prezidentliyinin birinci müddətində Rusiya məsələləri ilə bağlı məsləhət verən Fiona Hill bildirib.

Oxşar