„Wall Street Journal“ – ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə gücləndirilməsi 2003-cü ildə İraqda müharibənin başlanmasından bəri ən genişmiqyaslıdır
ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə gücləndirilməsi 2003-cü ildə İraqda müharibənin başlanmasından bəri ən genişmiqyaslıdır, – bunu „Wall Street Journal“ bildirir.
Nəşrin məlumatına görə, ABŞ İrana qarşı tədbirlər görməyə hazırdır, lakin Prezident Tramp hələ zərbə əmri verib-verməyəcəyinə qərar verməyib.
ABŞ bölgəyə onlarla təyyarə və bir neçə aviadaşıyan gəmi göndərib. Bombardmançı təyyarələr arasında F-16, F-22 və F-35-lər var.
Hərbi qüvvələrin bu səviyyədə gücləndirilməsi ABŞ-a İranın nüvə obyektlərinə qarşı keçən ilin iyun ayında, İsrail-İran müharibəsi zamanı B-2 bombardmançıları ilə edilən zərbədən daha uzunmüddətli kampaniyalar aparmaq imkanı verir.