Vyetnamın şərq bölgəsində tayfun tüğyan edir, təbii fəlakət səbəbindən 586 000-ə qədər insan təxliyə edilib, hava və dəmir yolu hərəkəti dayandırılıb
Vyetnamın şərq bölgəsində “Kajik” tayfunu tüğyan edir.
Sinoptiklərin proqnozuna əsasən, küləyin sürəti saatda 166 km-ə çatacaq.
Tayfun güclü yağışla müşayiət olunur və daşqın və sürüşmə prosesləri təhlükəsi var.
Təbii fəlakət səbəbindən 586 000-ə qədər insan təxliyə edilib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq hava və dəmir yolu hərəkəti müvəqqəti olaraq dayandırılıb.