Vyetnamda son 24 saat ərzində koronavirusun yeni hallarının sayı 11-ə qədər artdı
Vyetnamda son 24 saat ərzində koronavirusun yeni hallarının sayı 11-ə qədər artdı

Vyetnamda son 24 saat ərzində koronavirusun yeni hallarının sayı 11-ə qədər artdı. Bu barədə məlumatı “Qardian” yayır.

Nəşrin yaydığı məlumata görə, yeni yoluxma hallarının hamısı Dananqa vilayətində yerləşən xəstəxanalardan biri ilə əlaqədardır.

Ölkdədə koronavirusun cəmi 413 halı aşkar edilib və vəfat etmənin heç bir halı qeydə alınmayıb.