Vyetnamda "Bualoi" tayfunu nəticəsində 8 nəfər həlak olub, 17 nəfər isə itkin düşmüş hesab olunur
“Bualoi” tayfunu Vyetnamı vurub, nəticədə 8 nəfər həlak olub, 17 nəfər isə itkin düşmüş hesab olunur.
Güclü tufan daşqınla müşaiyət olunub.
“Bualoi” tayfunu 245 evə ziyan vurub və elektrik ötürücü xətlərin kəsilməsinə səbəb olub.
Bununla yanaşı, 1400 hektar düyü və digər məhsul sahələrini su basıb. Vyetnam fəlakət zonasına çevrilməzdən əvvəl hökumət ərazidən 28 500-dən çox insanı təxliyə edib. Mərkəzi əyalətlərdə dörd hava limanının bağlanması səbəbindən yüzlərlə reys ləğv edilib və ya təxirə salınıb.
Məlumat üçün bildirək ki, Vyetnam üçün tayfun tez-tez baş verən hadisədir. Əksər hallarda, o, Filippinin şərqində formalaşır. Məhz Filippində ötən həftə tayfun nəticəsində azı on nəfər dünyasını dəyişib.