Vyetnam sahillərində turistik qayıq aşıb, nəticədə 38 nəfər həlak olub
Vyetnamın sahilinə yaxın ərazidə turistik qayıq aşıb, nəticədə 38 nəfər həyatını itirib, bir neçə nəfərin axtarışı isə hələ də davam edir. Hadisə Halonq körfəzində baş verib. Gəmidə 48 turist və ekipajın beş üzvü olub. Xilasedicilər 10 nəfəri xilas etməyə müvəffəq olublar.
Yerel mediaya görə, gəmidə olan bütün turistlər vyetnamlı olub və aralarında bir neçə uşaq da var idi.
Axtarış-xilasetmə əməliyyatında onlarla xilasedici, sahil mühafizəsi və polis əməkdaşları, eləcə də peşəkar dalğıclar iştirak edir.
Vyetnama yaxınlaşan tayfun axtarış işlərini çətinləşdirir.
Qayıq, “Vipa” tayfununun Cənubi Çin dənizinə daxil olduğu zaman aşıb.
Halonq körfəzi hər il on minlərlə ziyarətçini cəlb edir. Qayıq turları turistlər arasında çox məşhurdur.