Vyaçeslav Volodin - Ukrayna Avropa İttifaqı ilə inteqrasiyaya qərar verəndə inkişaf perspektivlərindən danışırdı, lakin onun məhsullarının Avropa bazarlarına çıxışını qadağan etdilər, Ermənistanı da eyni aqibət gözləyir
Ukrayna Avropa İttifaqı ilə inteqrasiyaya qərar verəndə inkişaf perspektivlərindən danışırdı, lakin onun məhsullarının Avropa bazarlarına çıxışını qadağan etdilər, Ermənistanı da eyni aqibət gözləyir – bu haqda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Eyni şey Ukraynada da baş verdi. Avropa İttifaqı ilə inteqrasiya barədə qərar qəbul edərkən onlar bir şeydən, o cümlədən inkişaf perspektivlərindən danışırdılar. Əslində isə məlum oldu ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxışı, sərt və əlverişsiz tarif kvotaları ilə faktiki olaraq qadağan edilmişdi. Ermənistanı da eyni aqibət gözləyir” – Volodin qeyd edib.
Rusiyanın qanunverici orqanının rəhbərinin sözlərinə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyanı nə erməni xalqının, nə də ölkə dövlətçiliyinin taleyi maraqlandırır və Avropa İttifaqına üzvlüyün bədəli ağır olacaq.
“Paşinyan Avrasiya İqtisadi Birliyindən Avropa İttifaqına üzv olmaq üçün istifadə edir. O, bütün problemlərini Avrasiya İqtisadi Birliyinin, ilk növbədə Rusiyanın hesabına həll etməyə çalışır” – Vyaçeslav Volodin qeyd edib.