Voronej bölgəsində “Wildberries” ticarət kompleksinə hücum nəticəsində yanğın baş verib
Ötən gecə Voronej bölgəsinə edilən hücum nəticəsində “Wildberries”in ticarət-logistika kompleksində yanğın başlayıb.
Yerli sakinlər, Aleksandrovka kəndində partlayış səslərinin bütün gecə boyunca eşidildiyini bildiriblər.
“Wildberries”də 152 900 kv.m sahəsi olan logistika mərkəzindən əməkdaşların təxliyə edilməli olduğunu təsdiqləyiblər, lakin şirkətdə təxliyənin rəsmi səbəbini açıqlamayıblar.
Bununla yanaşı, gecə saatlarında Xabarovsk diyarında yerləşən və daha əvvəl dronlarla hücumların edildiyi neft emalı zavodunda da yanğın baş verib.
Rusiya mediasına müsahibəsində şirkətin mətbuat xidməti hadisə nəticəsində heç bir əməkdaşın xəsarət almadığını təsdiqləyib.
Məlumat üçün bildirək ki, qeyd olunan neft emalı şirkəti Ukrayna sərhədindən təxminən 1 500 kilometr məsafədə yerləşir.