Volodymyr Zelenskyy – Ukrayna Rusiyanın atəşkəs rejimini pozmasına necə cavab verəcəyini özü müəyyən edəcək
Volodymyr Zelenskyy – Ukrayna Rusiyanın atəşkəs rejimini pozmasına necə cavab verəcəyini özü müəyyən edəcək.
Volodymyr Zelenskyy sosial şəbəkədə yazıb ki, Rusiya ordusu Ukraynanın şəhərlərinə intensiv döyüş əməliyyatları və genişmiqyaslı hücumları davam etdirir, o cümlədən Dnipro, Zaporojye və Kramatorsk şəhərləri də hədəfə alınıb.
Onun sözlərinə görə, yalnız cari gün ərzində Rusiya qüvvələri təxminən 30 hücum əməliyyatı həyata keçirib.
Ukrayna prezidentinin məlumatına görə, səhər saat 10:00-a qədər Rusiya atəşkəs rejimini ən azı 1820 dəfə pozub.
“Bombardman, hücum cəhdləri, hava zərbələri və dronlar – səhər 10:00-a qədər Rusiya atəşkəs rejimini ən azı 1820 dəfə pozub. Ukrayna açıq şəkildə bildirmişdi ki, Moskva paradı dövründə müvəqqəti atəşkəs tələbinə güzgü prinsipi ilə cavab verəcək. Bütün normal düşünən insanlar üçün aydındır ki, genişmiqyaslı müharibə və insanların gündəlik öldürülməsi ‘bayram’ üçün uyğun vaxt deyil”, – deyə Volodymyr Zelenskyy yazıb.
O həmçinin bildirib ki, Ukraynanın diplomatik təklifləri hələ də qüvvədədir və real sülh üçün yalnız Rusiyanın hazır olması kifayətdir.
“Bugünkü vəziyyətə görə, biz bildiririk ki, Rusiya tərəfi atəşkəs rejimini pozub. Hərbi və kəşfiyyat hesabatlarımız əsasında növbəti addımlarımızı müəyyən edəcəyik”, – deyə Volodymyr Zelenskyy qeyd edib.