Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna İordaniyada ABŞ bazalarının qorunması üçün dronlar və ekspertlər göndərib
Ukrayna İordaniyada ABŞ bazalarının qorunması üçün dronlar və ekspertlər göndərib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski The New York Times-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynadan köməyi cümə axşamı istəyib və Kiyev buna dərhal cavab verib.
“Biz dərhal cavab verdik. Mən dedim: ‘Bəli, əlbəttə, biz öz ekspertlərimizi göndərəcəyik’”, – deyə Zelenski bildirib.
Zelenski həmçinin qeyd edib ki, İranda ABŞ-İsrail müharibəsi başlayandan bir neçə gün sonra ona və onun komandasına Bəhreyndən, Birləşmiş Ərəb Əmirliklərindən, İordaniyadan, Küveytdən, Qətərdən və Səudiyyə Ərəbistanından kömək istəyi daxil olub.
Zelenski həmçinin bildirib ki, Yaxın Şərqin bəzi ölkələrinin Rusiya ilə “çox sıx münasibətləri var”.