Volodimir Zelenski - Zərbələrin dayandırılması, ən azı 30 günlük atəşkəslə bağlı Ukraynanın təklifi qüvvədə qalır, lakin dünya Rusiyadan zərbələrdən başqa cavab görə bilmir
Volodimir Zelenski - Zərbələrin dayandırılması, ən azı 30 günlük atəşkəslə bağlı Ukraynanın təklifi qüvvədə qalır, lakin dünya Rusiyadan zərbələrdən başqa cavab görə bilmir

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə müharibədə 30 günlük atəşkəs təklifini hələ də dəstəklədiyini bildirib. Bu barədə Zelenski gündəlik video müraciətində deyib.

“Tamamilə ədalətlidir ki, bu gün Rusiyanın səması – təcavüzkarın səması – sakit deyil, güzgü kimi. Zərbələrin dayandırılması və ən azı 30 günlük atəşkəslə bağlı Ukraynanın təklifi qüvvədə qalır – biz diplomatiyaya şans verə biləcək bu təklifi rədd etmirik. Lakin dünya Rusiyadan cavab görə bilmir – yeni zərbələrdən başqa heç bir cavab. Bu isə hamıya açıq-aydın göstərir ki, müharibənin mənbəyi kimdir” – Zelenski bildirib.

Həmçinin, Zelenski Moskva da daxil olmaqla Rusiyanın obyektlərini hədəf alan çoxsaylı dron hücumlarını etiraf edib.

Xatırladaq ki, Rusiya Prezidenti tərəfindən elan edilmiş üç günlük atəşkəs artıq qüvvəyə minib. Putin mayın 8-11-də İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünün qeyd edildiyi günlərdə Ukraynada atəşkəs elan etmək qərarını verib.