Volodimir Zelenski - Xarici Kəşfiyyat Xidmətinə Moskva və Pekin arasında əməkdaşlığı daha diqqətlə müşahidə etməsini tapşırdım
Volodimir Zelenski - Xarici Kəşfiyyat Xidmətinə Moskva və Pekin arasında əməkdaşlığı daha diqqətlə müşahidə etməsini tapşırdım

 

Ukrayna Prezidenti Xarici Kəşfiyyat Xidmətinə Rusiya və Çin arasında əməkdaşlığı daha diqqətlə izləməyi tapşırıb. Zelenski bu haqda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenkonun hesabatını dinlədikdən sonra “Facebook” sosial şəbəkəsində yazıb.

Zelenski bildirib ki, Ukrayna Çinin xeyrinə Rusiya ərazilərinin de-suverenliyinin güclənməsini görür. Xüsusilə, resurslarla zəngin torpaqların Çin tərəfindən istifadəsindən və Çin üçün defisit olan resursların satışından söz gedir.

Zelenskinin qeyd etdiyi kimi, xüsusi xidmət orqanlarının məlumatına əsasən, Çin Rusiya ilə, xüsusən də hərbi sənaye sahəsində əməkdaşlığı aktivləşdirmək istiqamətində addımlar atır.

“Xarici Kəşfiyyat Xidmətinə Moskva və Pekin arasında Ukraynanın milli maraqları ilə bağlı bütün aspektlərdə, eləcə də Avropa və Amerikadakı tərəfdaşlarımızın maraqları ilə bağlı bütün aspektlərdə əməkdaşlığı daha diqqətlə müşahidə etməyi tapşırdım. Rusiyanın təcavüzə olan həvəsinin azalmaması səbəbindən qlobal təhlükəsizlik zərər görməməlidir” – Zelenski qeyd edir.