Volodimir Zelenski Vladimer Putinlə mümkün görüşlə əlaqədar Rusiya tərəfindən irəliləyiş olduğunu bildirir
Volodimir Zelenski Vladimer Putinlə mümkün görüşlə əlaqədar Rusiya tərəfindən irəliləyiş olduğunu bildirir

 

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimer Putinlə mümkün görüşlə əlaqədar Rusiya tərəfindən irəliləyiş olduğunu bildirir. Bu barədə Ukrayna mediası məlumat yayır.

Zelenski qeyd edib ki, uzun müddətdən sonra ilk dəfə bu məsələ ilə əlaqədar Rusiya tərəfindən siqnallar görür. Ukrayna Prezidenti bildirib ki, müharibənin dayandırılması ilə bağlı müzakirələr liderlərin görüşü ilə başlamalıdır və Ukrayna bu məsələni hər zaman açıq şəkildə qaldırır.

“Belə bir görüş, liderlər səviyyəsində görüş üçün bizə gündəm lazımdır. Məsələ ondadır ki, bu məsələni hər zaman açıq şəkildə qaldırırıq və indi onlar bizimlə bu barədə danışmağa başlayıblar. Bu, artıq görüşün müəyyən formatına doğru atılmış addımdır” – Volodimir Zelenski bildirib.