Volodimir Zelenski Vladimer Putinlə İsveçrə, Avstriya və ya Türkiyədə görüşməyə razılaşacağını bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski Vladimer Putinlə İsveçrə, Avstriya və ya Türkiyədə görüşməyə razılaşacağını bildirir. Bu barədə Zelenski jurnalistlərlə söhbətində deyib.
Zelenski bildirib ki, Ukrayna Ukrayna, ABŞ və Rusiya liderlərinin görüşünün neytral Avropa ölkələrində keçirilməsini tamamilə ədalətli hesab edir çünki Ukraynada və Avropa qitəsində müharibə gedir.
“Mən dedim ki, razılaşacağıq. İsveçrə, Avstriya – razıyıq. Türkiyə? Türkiyə bizim üçün NATO və Avropanın bir hissəsidir. Və biz buna qarşı deyilik” – Ukrayna Prezidenti bildirib.
Bununla yanaşı, Zelenski danışıqların Moskvada təşkilinin əleyhinə olduğunu qeyd edib. O, Budapeştin də asan seçim olmadığını deyib.
“Budapeştə gəlincə. Mənə elə gəlir ki, bu gün bu asan deyil. Bu, asan deyil, çünki müharibə zamanı Ukraynanı dəstəkləməkdə bütün Avropa ölkələrinin birliyi var. Düzünü desəm, Budapeşt bizi dəstəkləmirdi. Mən demirəm ki, Orbanın siyasəti Ukraynaya qarşı idi, lakin Ukraynaya dəstəyin əleyhinə idi” – Zelenski qeyd edib.
Məlumat üçün bildirək ki, media bundan əvvəl ABŞ-nin Budapeşti Zelenski ilə Putinin görüşünün keçirilməsi üçün məkan kimi nəzərdən keçirdiyini yazmışdı.