Volodimir Zelenski Vladimer Putinin müharibəni uzatdığını bildirir

17:40, 18.03.2025

 
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimer Putinin müharibəni uzatdığını bildirir.

“Bir həftə keçdi, Putin atəşkəs təklifinə “hə” deyə bilmədi” – Zelenski X sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirir.

Zelenski bildirib ki, 30 günlük atəşkəs təklifi qan tökülməsini dayandırmalı və diplomatların uzunmüddətli sülh üzərində işləməsinə yol açmalıdır.

“Müharibə zamanı hər gün insan həyatının məsələsidir. Nəhayət, Moskvanın bu müharibənin bitməli olduğunu başa düşməsi üçün təzyiq lazımdır” – Zelenski bildirib.

Oxşar