Volodimir Zelenski Vladimer Putinə cavab verir - Görüşün baş tutmamasını istəyirsənsə, o zaman məni Moskvaya dəvət etməlisən
Görüşün baş tutmamasını istəyirsənsə, o zaman məni Moskvaya dəvət etməlisən – Ukrayna Prezidenti Vladimer Putinin Ukrayna və Rusiya prezidentlərinin görüşünün Moskvada keçirilməsi təşəbbüsünə belə münasibət bildirib.
Zelenskinin Fransada “İstəklilər Koalisiyası”nın görüşündən sonra fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında dediyi kimi, Rusiya bu görüşü təxirə salmaq üçün hər şeyi edir.
“Görüş lazımdır. Bu, istək deyil, zərurətdir. Biz istənilən formatda həm üçtərəfli, həm də ikitərəfli görüşləri dəstəkləyirdik. Hesab edirəm ki, Rusiya onun təxirə salınması üçün hər şeyi edir. Amerikalı tərəfdaşlar mənə bildirdilər ki, Putin məni Moskvaya dəvət edib. Fikrimcə, görüşün baş tutmamasını istəyirsənsə, o zaman məni Moskvaya dəvət etməlisən” – Zelenski deyib.
Eyni zamanda, Ukraynanın lideri qeyd edib ki, Putinin belə bir görüş haqqında danışmağa başlaması pis deyil, lakin o, Rusiyanın müharibəni bitirmək istəyinin hələ görünmədiyini deyib.
“Yetkin insanlar bu cür yüksək səviyyəli görüşdən nəsə nəticə ilə çıxmalıdırlar, müharibənin bitməsi arzuolunan nəticədir” – o deyib.
Pekinə səfəri zamanı Rusiya Prezidenti Zelenski ilə görüşünün Moskvada baş tuta biləcəyini deyib. O, həmçinin belə bir görüşün zəruriliyinə şübhə edib və Ukrayna Prezidentinin legitimliyini yenidən şübhə altına alıb. Putin həmçinin Donald Trampın ondan Zelenski ilə görüşməyi xahiş etdiyini təsdiqləyib.