Volodimir Zelenski Vladimer Putin və Donald Trampla üçtərəfli görüşə hazır olduğunu bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski Vladimer Putin və Donald Trampla üçtərəfli görüşə hazır olduğunu bildirir. Zelenski bu barədə mediaya danışıb. Ukrayna Prezidenti deyib ki, onun hazır olması barədə bütün tərəflər məlumatlandırılıb.
“Biz “Tramp-Putin-mən” formatına hazırıq və “Tramp-Putin”, “Tramp-Zelenski” formatına və daha sonra üçtərəfli formata hazırıq. Mən eyni vaxtda keçirilən görüşləri nəzərdə tuturam, ayrı-ayrı görüşləri yox” – Zelenski qeyd edib.
Həmçinin, Ukrayna Prezidenti Ukraynanın həm Vatikanda, həm də İsveçrədə texniki görüşlərə də hazır olduğunu bildirib.
Zelenski, görüşün formatının müzakirə olunacaq məsələlərdən asılı olduğunu deyib. Ukrayna Prezidentinin qeyd etdiyi kimi, əgər görüşlərdən hansısa təhlükəsizlik təminatları ilə bağlı olsa, o, avropalıların da iştirakını istərdi.