Volodimir Zelenski və Emmanuel Makron hava hücumundan müdafiənin gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər
Volodimir Zelenski və Emmanuel Makron hava hücumundan müdafiənin gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər

 

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Zelenski və Makron hava hücumundan müdafiənin gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Zelenski bildirib ki, qışın yaxınlaşması ilə birlikdə rus mərmilərinin hücumlarının sayının artmasını nəzərə almaqla, sürətli tədbirlər görülməsi vacibdir.

Görüş zamanı dondurulmuş rus aktivlərinin Ukraynanın xeyrinə istifadəsi və Rusiyaya qarşı sanksiyaların, xüsusən də onun kölgə donanması ilə bağlı sərtləşdirilməsinə diqqət yönəldilib.

Prezidentlər həmçinin Rusiya tərəfindən Avropa ölkələrinə qarşı vəziyyətin gərginləşdirilməsini və Polşa və Danimarkada dronların, eləcə də Estoniyada qırıcı təyyarələrin aşkar edilməsini müzakirə ediblər.