Volodimir Zelenski Ukraynanın, sülh müqaviləsi ilə bağlı referendumu və seçkiləri eyni vaxtda keçirə biləcəyini bildirir
Ukrayna sülh müqaviləsi ilə bağlı referendumu və seçkiləri eyni vaxtda keçirə bilər. Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Jurnalistlərlə söhbət zamanı Zelenski 20 bəndlik sülh müqaviləsinin təsdiqlənməsi üçün iki variantdan danışıb. Onun sözlərinə əsasən, birincisi sülh müqaviləsinin parlamentə ratifikasiya üçün təqdim edilməsidir, ikincisi isə ümumi referendumdur, onunla birlikdə ümumi seçkilərin keçirilməsi ilə bağlı da qərar qəbul edilə bilər.
“Ukrayna bu müqaviləni ratifikasiya üçün parlamentə təqdim edəcək və “bəli” və ya “xeyr” formatında ümumi referendum keçirəcək. Ukrayna referendumla birlikdə seçkilərin keçirilməsinə də qərar verə bilər” – Zelenski bildirib.
Həmçinin, Ukraynanın lideri qeyd edib ki, təhlükəsizlik zəmanətləri yalnız müqavilə tam ratifikasiya olunduqda və ya referendumla təsdiqləndikdə qüvvəyə minəcək.