Volodimir Zelenski Ukraynanın NATO-ya üzv olacağı təqdirdə istefa verəcəyini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın NATO-ya üzv olacağı təqdirdə istefa verəcəyini bildirir. Bu haqda Volodimir Zelenski London Hava Limanında jurnalistlərlə danışarkən deyib.
“Sky News”un jurnalistinin seçkilərin keçirilməsi perspektivi haqqında nə düşündüyü sualına, Zelenski “NATO ilə mübadilə edilə bilər” cavabını verib.
“Mən artıq demişəm ki, NATO-ya üzvlüklə mübadilə edə bilərəm. NATO-ya üzvlük missiyamı yerinə yetirdiyimin əlaməti olacaq” – Zelenski qeyd edib.
Bununla yanaşı, Zelenski bildirib ki, onu dəyişmək üçün sadəcə seçkilərin keçirilməsi kifayət etməyəcək.
“Məni dəyişmək asan olmayacaq, çünki təkcə seçkilər keçirmək kifayət deyil. Siz mənim iştirakıma əngəl olmalı olacaqsınız və bu, bir az daha çətin olacaq” – Zelenski qeyd edib.