Volodimir Zelenski – Ukraynanın müdafiəsi üçün cəbhədə istifadə edilən silahların 40%-dən çoxu Ukraynada istehsal olunur
Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədə istifadə edilən silahların 40%-dən çoxunun Ukraynada istehsal olunduğunu bildirib.
“Ukraynanın müdafiəsi üçün cəbhədə istifadə edilən silahların 40%-dən çoxu Ukraynada istehsal olunur. Tendensiya dəyişməzdir: Ukrayna öz təhlükəsizliyini təmin etmək üçün getdikcə daha çox şey edəcək” – Zelenski deyib.
Həmçinin, Ukrayna lideri qeyd edir ki, ölkə öz təhlükəsizliyini təkcə müstəqil şəkildə deyil, həm də tərəfdaşları ilə birlikdə təmin etməyə çalışacaq.
“Güclü Ukrayna dövlətimizin olması üçün Ukraynanın hər zaman öz güclü silahlarına ehtiyacı olacaq. Ukraynanın hər zaman öz texnoloji üstünlüyünə ehtiyacı olacaq ki, Rusiya bilsin: biz hər zərbəyə cavab verəcəyik” – Zelenski deyib.