Volodimir Zelenski Ukraynanın Fransanın “Mirage 2000” qırıcı təyyarələrini aldığını, eləcə də F-16 təyyarələrinin verildiyini təsdiqləyib
KYIV, UKRAINE - MARCH 11, 2022 - President of Ukraine Volodymyr Zelenskyy is pictured during his regular address to the nation, Kyiv, capital of Ukraine. The head of state said that everyone was gaining glory for Ukraine in his or her place. The custom-size photo is courtesy of the press service of the Office of the President of Ukraine. (Photo credit should read UKRINFORM/ Ukrinform/Future Publishing via Getty Images)
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Fransanın “Mirage 2000” qırıcı təyyarələrinin ilk partiyasını aldığını təsdiqləyib. Zelenski Ukraynanın Niderlanddan Amerika istehsalı olan F-16 təyyarələrini də aldığını bildirib.
“Sayını deyə bilmərəm, haqqım yoxdur, lakin müddətlər prezident Makronla razılaşdığımız kimidir. Bəli, “Mirage”lar gəldi, amma səmimi deyirəm, biz əlavə olaraq F-16 və “Mirage”ları gözləyirik” – Zelenski bildirib.
Ukrayna mütəmadi olaraq qərbli müttəfiqlərindən zirehli texnika, tanklar, uzaq mənzilli raketlər və F-16 təyyarələri də daxil olmaqla müasir silah və sursat tələb edir. Ötən ilin iyununda Fransa Prezidenti Emmanuel Makron Ukraynaya söz verdi ki, Fransa “Dassault” istehsalı olan təyyarələri idarə etmək üçün ukraynalı pilotlara təlim keçəcək.