Volodimir Zelenski Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə müdafiə naziri Rustem Umerovun namizədliyini nəzərdən keçirdiyini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı səfiri vəzifəsinə hazırkı müdafiə naziri Rustem Umerovun namizədliyini nəzərdən keçirdiyini bildirib.
“Əgər mən qərar versəm və bu yaxın gələcəkdə baş verəcək ki, Amerika Birləşmiş Ştatlarındakı bizim əsas səfirimiz müdafiə naziri Rustem Umerov olsun, bu, həqiqətən Ukrayna hökumətində ciddi dəyişikliklərə təsir edəcək” – Zelenski jurnalistlərlə söhbətində qeyd edib.
Bununla yanaşı, Zelenski Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı dəyişdirmək niyyətində olduğunu təsdiqləyib. Ukrayna Prezidentinin izah etdiyi kimi, o, artıq Markarova ilə əlaqə saxlayıb və fəaliyyətinə görə ona təşəkkür edib.
“Çox şey məhz ondan asılıdır. Mən açıqam, onun Ukraynada işləməsini istəyirəm. Əgər başqa cür qərar verərsə, bu, onun seçimi olacaq” – Ukrayna Prezidenti qeyd edib.