Volodimir Zelenski ukraynalı hərbçilərin Rostovda yerləşən aerodromda üç təyyarə və üç helikopteri məhv etdiklərini bəyan edir
Ukraynalı hərbçilər Rusiyanın Rostov şəhərində yerləşən aerodromda üç təyyarə və üç helikopteri məhv ediblər. Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski yayır.
Ukrayna Prezidentinin sözlərinə əsasən, zərbə bir ədəd “An-12” və iki ədəd “An-26” tipli təyyarəyə endirilib. Prezident, həmçinin Qara dənizdə əldə olunan yaxşı nəticələri qeyd edib, lakin təfərrüatları dəqiqləşdirməyib.
“Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir” – Ukrayna Prezidenti qeyd edib.
Həmçinin ukraynalı hərbçilərin Yaroslav neft emalı zavoduna da hücum həyata keçirdiyi barədə məlumat yayılır.