Volodimir Zelenski Ukrayna və ABŞ-nin Vaşinqtonun Ukrayna dronlarını, Kiyevin isə Amerika silahlarını alacağı “meqa razılaşma”nı müzakirə etdiklərini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ-nin Vaşinqtonun Ukrayna dronlarını, Kiyevin isə Amerika silahlarını alacağı “meqa razılaşma”nı müzakirə etdiklərini bildirir. “The New York Post”a müsahibəsində Zelenski bildirib ki, onun Trampla son söhbəti ABŞ və Ukraynanın texnologiya sahəsində bir-birini dəstəkləyəcəkləri müqavilə haqqında olub.
Bu razılaşma çərçivəsində Kiyev bəzi Amerika silahlarını almaq imkanı əldə edəcək, ABŞ isə döyüş meydanında sınaqdan keçmiş Ukrayna dronlarını satın alacaq. Lakin bu razılaşmanın detalları hələ tam aydın deyil.
“Amerika xalqının bu texnologiyaya ehtiyacı var və siz ona öz arsenalınızda sahib olmalısınız. Düşünürəm ki, bu, həqiqətən hər iki tərəf üçün faydalı olan meqa müqavilədir” – Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, Ukrayna pilotsuz texnologiyalar sahəsində təcrübəsini “Amerika və digər avropalı tərəfdaşlar” ilə bölüşməyə hazırdır.
Zelenski bununla əlaqədar Danimarka, Norveç və Almaniya ilə danışıqlar getdiyini bildirib.