Volodimir Zelenski - Ukrayna üçün Avropa dəstək paketi açıldı, bu da ordumuzu gücləndirəcək, ölkəni daha dayanıqlı edəcək və bizə sosial öhdəliklərimizi yerinə yetirməyə imkan verəcək
Volodimir Zelenski - Ukrayna üçün Avropa dəstək paketi açıldı, bu da ordumuzu gücləndirəcək, ölkəni daha dayanıqlı edəcək və bizə sosial öhdəliklərimizi yerinə yetirməyə imkan verəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının 2026-27-ci illərdə Ukraynaya 90 milyard avro həcmində kredit ayırmaq haqda qərarını müsbət qiymətləndirib.

“Bu gün müdafiəmiz və Avropa İttifaqı ilə münasibətlərimiz üçün vacib gündür. Ukrayna üçün Avropa dəstək paketi açıldı, bu, iki il üçün 90 milyard avrodur. Bu Avropa paketi ordumuzu gücləndirəcək, Ukraynanı daha dayanıqlı edəcək və qanunla müəyyən edilmiş sosial öhdəliklərimizi yerinə yetirməyə imkan verəcək” – Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə əsasən, paketin birinci hissəsinin may və ya iyunda əlçatan olması üçün işlər görülür.

“Avropa paketinin vəsaiti silah istehsalına, Ukraynanın hələ istehsal etmədiyi zəruri silahların tərəfdaşlardan alınmasına yönəldiləcək. Həmçinin enerjimizi və vacib infrastrukturumuzu qarşıdan gələn qışa hazırlamağa” – Zelenski qeyd edib.

Bununla yanaşı, Zelenski Rusiyaya sanksiyalar vasitəsilə təzyiqin davam edəcəyini bildirib.