Volodimir Zelenski – Ukrayna sülh danışıqlarına hazırdır, lakin Moskvanın tələb etdiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq
Nəticələr əgər olacaqsa, qoy, danışıqlar istənilən yerdə keçirilsin, fərqi yoxdur, lakin, əlbətdə, Rusiya və Belarusda yox – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski media ilə söhbəti əsnasında deyib.
Ukraynanın lideri, cari həftənin sonunda sülh planının təfərrüatlarını müzakirə etmək üçün ukraynalı və avropalı yüksək vəzifəli rəsmilərin görüşünün planlaşdırıldığını bildirib.
“Bu, müharibəni bitirmək planı deyil, ilk növbədə atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır. Məsləhətçilərimiz yaxın günlərdə görüşəcəklər, cümə və ya şənbə gününə razılaşdıq. Onlar bu planın təfərrüatlarını müzakirə edəcəklər” – Ukrayna Prezidenti bildirib.
Zelenski həmçinin ABŞ Konqresini Rusiyaya qarşı daha sərt məhdudiyyətlər qəbul etməyə çağırıb və Çinin müharibəni bitirmək səyinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
“Biz Çinin bu müharibəni bitirmək üçün Rusiyaya təzyiq göstərməsini və Kremlə onun davam etdirilməsində kömək etməməsini arzu edərdik” – Zelenski bildirib.