Volodimir Zelenski – Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan sonra Kiyev vilayətində 30 yaşayış məntəqəsini azad edə bilib

20:31, 18.03.2022

Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan sonra Kiyev vilayətində 30 yaşayış məntəqəsini azad edə bilib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Kiyevin müdafiəsi zamanı Kiyev vilayətində düşmən tərəfindən müvəqqəti işğal olunmuş 30-dan çox yaşayış məntəqəsini azad etmək mümkün olub”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın genişmiqyaslı müdaxiləsi başlayandan Kiyevin müdafiəsinə Quru Qoşunlarının komandanı Aleksandr Sirski rəhbərlik edir. Zelenski bildirib ki, Sirskinin peşəkar və cəsarətli hərəkətləri nəticəsində düşmən xeyli itki verib və paytaxtdan qovulub.

Oxşar