Volodimir Zelenski – Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək

20:17, 18.02.2025

 
Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşlə bağlı deyib.

Ankarada Türkiyə Prezidenti ilə görüşən Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Moskva genişmiqyaslı müharibəyə başlayanda Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyib və indi də buna boyun əymək niyyətində deyil.

“Rusiya Ukraynaya hücum etdi və bizim əlimizə silah alıb özümüzü müdafiə etməkdən başqa seçimimiz yox idi. Heç bir diplomatiya yox idi, çünki Rusiya bizə hücum etdi, gecə Ukraynaya hücum etdi və ukraynalılar silaha sarılaraq öz ölkələrini müdafiə etməyə başladılar” – Zelenski bildirib.

Həmçinin, Ukrayna Prezidenti qeyd edib ki, Rusiya müharibənin əvvəlində Ukraynaya ultimatum verib, Ukraynanın hərbi qüvvələrinin sayının azaldılmasını və rusiyayönlü rəhbərliyin təyin olunmasını tələb edib.

“Əgər biz ən çətin anda bütün bu ultimatumlara boyun əyməmişiksə, nəyə görə bizdə Ukraynanın bunu indi edəcəyi hissi var?” – prezident bildirib.

Oxşar